Saxta pulla alver edərkən yaxalandılar - GƏNCƏDƏ

Saxta pulla alver edərkən yaxalandılar - GƏNCƏDƏ
17:54 23 Mart 2017
129 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə saxta pulla alış-veriş edən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 21-də Şəmkir şəhəri 20 Yanvar küçəsində şəhər sakini Anar Məmmədova məxsus mağazaya gəlmiş Gəncə şəhər sakinləri Rufan Ələkbərov və Cəlil Allahyarov sərinləşdirici içki alıb öbəniş olaraq 20 manat pul veriblər.

 

Pulun saxta olduğunu və həmin şəxslərin qaçdığını görən mağaza sahibi səs-küy saldığından həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən R.Ələkbərov və C.Allahyarov tutulublar.

 

Onlardan 9 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR