Şəmkirdə 78 yaşlı qadın döyülüb

Şəmkirdə 78 yaşlı qadın döyülüb
17:58 23 Mart 2017
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə yaşlı qadın mübahisə zəminində döyülüb. Vəziyyəti orta-ağırdır.

Hadisə günorta saatlarında, Şəmkir şəhərində baş verib. Rayon sakini, 1939-cu il təvəllüdlü Məmmədova Zəhra Əli qızı məlum olmayan səbəbdən tanıdığı şəxslə mübahisə edib. Bu zaman həmin şəxs tərəfindən döyülüb.

Yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılan yaşlı qadına dərhal tibbi yardım göstərilib. Travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.(Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR