Anar Gülümsoy:

Şairinə, yazıçısına dırnaqarası baxan bir xalqdan Xaliq də bixəbərdir.

Bu gün açıq- saçıq geyimi ilə özünü reklam edən bir müğənni qədər, əxlaqi normalardan uzaq, şit hərəkətləri ilə məhşurlaşan bir teleaparıcı qədər, nazlanıb, əzilib- büzülən qrimli, podralı "kişi" adı daşıyan, efirdən düşməyən kişiciklər qədər şairinə, yazarına dəyər verilməyən bir cəmiyyətdə ömür etmədəyik. O cəmiyyət ki, hər bir çirkinliyə bulaşıb hər gün rəzalətə sürüyür özünü. Bunun əsas səbəbkarı zaman, dövr olsa da, biz özümüz də günahkarıq, dostlar. Hər birimiz çəkilmişik öz qınımıza. Çox eqoistik, paxılıq, rəzilik, acizik...

Gəlin, barmağımızı qatlayaq, nə vaxt hansısa bir gənc yazarın yaradıcılıq gecəsini təşkil etdik, hansı bir gənc şairin doğum gününü yaradıcı formada təntənli qeyd elədik?! Yoxsa, yazılarını oxuyub təhlil etdik, şərh yazdıq, dərc etdirdik?!

Biz bu cəmiyyətdə bu eqolardan qurtulub bir- birimizi qorumasaq, yaşatmasaq, kimə gərəyik?

Bəsdi susduğumuz!

O gecə susmuş vicdanımızı, kibrliyimizə gömülmüş ruhumuzu oyatmadımı, Mövlud?!

Bilirsiz, niyə məhz iş yerinə yaxın olan bina? Ən azı o işdən 17 mərtəbə yüksəyə laiq olmalıydı...

O gecə tüpürdü 17- ci mərtəbədən düz alnımıza. Üstən aşağı baxanların hamısından yuxarıda olduğunu dedi.

Və o gece doğuldu, o gecə yer üzünə gəldi cəmiyyətimizdə olan kabusu məhv etməkçün, gözümüzdəkı qaranlığı dağıtmaqçün, parçalamaqçün!...

Ədalətin, haqqın yoxa çıxdığı bir məqamda məgər "ənəlhəqq" demədmi Mövlud?!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR