Röyanın yeni klipi çıxdı

Röya Ayxan ötən həftə Türkiyədə Soner Sarıkabadayı ilə birlikdə ifa etdiyi “O konu” mahnısını təqdim edib.

Metbuat.az xəbər verir ki, bu gün “Poll Production” rəsmi kanalında mahnının klipi yayımlanıb. Klipin çəkilişləri Belçika, İsveçrə, Almaniya və Türkiyədə gerçəkləşib. Çəkilişdə istifadə olunan geyimlər özəl olaraq “Game of Thrones” serialının geyim dizayneri tərəfindən tiklib və Liverpuldan gətirilib. Klipdə Soner Sarıkabadayının əynində olan tarixi geyimin çəkisi isə 57 kq olub.

Qeyd edək ki, çəkilişlərdə böyük bir komanda çalışıb. Klipin rejissoru Şenol Korkmaz, prodüsseri Yeşim Demirdir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR