Məni həyata bağlayan yemək və qadınlardır... - FOTO

Məni həyata bağlayan yemək və qadınlardır... - FOTO
18:27 23 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu həftə "Kino evi"nin qəhrəmanı dünya şöhrətli fransız aktyoru Jerar Depardye olacaq. Tanınmış aktyorun həyatının ən maraqlı məqamlarını jurnalist-sənətşünas Nadir Bədəlovla müzakirə edəcəyik. 25 mart, saat 11:30da Lider TV-də.

Jerar Depardye (27 dekabr 1948) - Oskar mükafatına namizəd göstərilmiş, Qızıl kürə mükafatı sahibi fransız aktyor, Fransanın tanınmış kinoaktyorlarından biri. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemiz" adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub. Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir. 2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri - onun davamçısı və gözəl aktyor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib. 3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb

"Kino evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, rejissor və montajor - İBO, operatorlar - Aydın Məcidli və Kamal Məmmədov, fotograf - Elşad Musayevdir

Veriliş 3 hissədən ibarətdi. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısa metrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Veriliş mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar ertəsi, saat 12:30 və 03:30-da Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/528525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR