Pendir insanı kökəltmir

Dublin Universitetinin mütəxəssisləri 18-90 yaşlarında təxminən 15 min insan arasında təcrübə aparıb.

Metbuat.az bildirir ki, onlar pendir, yoğurt, qaymaq, kərə yağı və digər süd məhsullarının bədən qruluşuna olan təsirini araşdırıblar.

Nəticələr tədqiqatçıları sözün əsl mənasında təəccübləndirib. Belə ki, süd məhsulu sayılan pendirin pəhriz saxlayan insanlar üçün heç də ziyanlı olmadığı ortaya çıxıb.

Pendir sevərlərdə qan təzyiqinin aşağı olduğu da müəyyənləşib. Yağlılığı az olan süd və yoğurtun isə yüksək karbohidratlılığa malik olduğu müəyyən edilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR