Millimiz 2 top fərqiylə uduzacaq? - RƏQƏMLƏR VƏ FAKTLAR

Millimiz 2 top fərqiylə uduzacaq?  - RƏQƏMLƏR VƏ FAKTLAR
18:47 23 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Millimiz martın 26-da Almaniya ilə üz-üzə gələcək. Fanat.Az xəbər verir ki, son dünya çempionunu “Tofiq Bəhramov”da qəbul edəcək təmsilçimiz indiyədək “bundestim”lə 4 dəfə qarşılaşıb.

 

Maraqlıdı ki, bütün oyunlar alman mütəxəssis Berti Foqts yığmamıza başçılıq etdiyi dönəmə təsadüf edib. Geridə qalan qarşılaşmaların hamısında Foqtsun həmyerlisi Yoahim Lövlə münasibətlərinə aydınlıq gətirməsi də faktdı. 2006-cı ildən ölkəsinin yığmasının “sükanını ələ keçirən” Löv 2004-2006 aralığında seçmə komandada Yürgen Klinsmanın köməkçisi qismində işləyib. Seçməmizi öz meydanında keçirdiyi oyunlarda 2 dəfə darmadağın edən almanlar Azərbaycanda baş tutan duellərin ikisində də 2 top fərqiylə qələbə qazanıb. Statistikaya əsasən Foqts dönəmindəkindən zəif olmayan yığmanın doğma meydanda rüsvay olmayacağını proqnozlaşdırmaq mümkündü.

 

Azərbaycan yığması Almaniyaya qarşı

12 avqust 2009. Bakı. DÇ. Azərbaycan - Almaniya - 0:2
9 sentyabr 2009. Hannover. DÇ. Almaniya - Azərbaycan - 4:0
7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan - 6:1
7 iyun 2011.
Bakı. AÇ. Azərbaycan – Almaniya - 1:3

 

 

Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-2-top-frqiyl-uduzacaq-t57081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR