Ağstafada yol qəzası baş verib

Ağstafada yol qəzası baş verib
19:53 23 Mart 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Ağstafa rayonunda, Bayraq Meydanı yaxınlığında baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində, sürücülər və hər iki avtomobildə olan iki sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Taksi sürücüsünün və "Chevrolet Niva"da olan sərnişinlərdən birinin yarası ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə normaldır və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. /Report/


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR