Polis London terrorunu törədən şəxsin adını açıqladı

Ötən gün İngiltərənin paytaxtı Londonda baş verən terror aktı ilə bağlı yeni detallar ortaya çıxmaqdadır.

Metbuat.az-ın məlumatına görə, London polisi terrorçunun adını açıqlayıb. Bu, 52 yaşlı Xalid Məsuddur.

Kent doğumlu Xalid bir neçə cinayətin təşkilində şübhəli bilinib. O, 1983 və 2003-cü illərdə olmaqla, iki dəfə həbsə məhkum edilib. Xalid Məsudun başqa terror əməliyyatlarında iştirakına dair faktlar yoxdur.

Daha öncə "Independent" insidentin Əbu İzzəddin adlı şəxs tərəfindən törədildiyini ortaya atmışdı. Ancaq sonradan İzzəddinin vəkili müvəkkilinin həbsdə olduğunu açıqlamışdı.

Londonda baş verən terror aktı nəticəsində 5 nəfər dünyasını dəyişib, 29 nəfər yaralıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR