Türkiyə klubundan Riberi həmləsi

Türkiyə klubundan Riberi həmləsi
20:27 23 Mart 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Trabzonspor" 50 yaşının tamam olması münasibətilə azarkeşlərə böyük sürpriz etmək istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "bordo mavililər" Frank Riberini transfer etmək fikrinə düşüb. Maliyyə məsələsində çox ciddi maneə olmasa Trabzon klubu 34 yaşlı yarımmüdafiəçinin transferinə cəhd edəcək.

Riberinin Türkiyə Superliqasında oyun təcrübəsi var. 2005-ci ildə "Galatasaray"la 3.5 illik müqavilə imzalayan fransalı havbek elə həmin ildə İstanbuldan "Marseille" klubuna getmişdi. O, 2007-ci ildən "Bayern Munich"in şərəfini qoruyur və bu klubla mümkün olan bütün titullara sahib çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR