Xüsusi kəmərdən istifadə etsə də, cərimələndi

Xüsusi kəmərdən istifadə etsə də, cərimələndi
20:32 23 Mart 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Sürücü qabaq oturacaqda əyləşmiş az yaşlı övladı üçün xüsusi kəmərdən istifadə etsədə yol polisi tərəfindən cərimələnib. Üstəlik həmin məhsulun küstar üsulla hazırlanmadığına dair setifikatıda var. Şəkidə yaşayan sürücü cərimənin ləğv edilməsini istəyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, azyaşlı övladını xüsusi kəmərlə təchiz edilmiş qabaq oturacaqda əyləşdirən sürücü cərimələnib. Şəki sakini olan sürücü Nürəddin Məmmədov bundan narazıdır. O bildirir ki, qanunvericiliyə görə 12 yaşınadək uşaqlar yalnız xüsusi vasitələrlə təchiz edilmiş qabaq oturacaqlarda otuzdura bilər ki, onun 7 yaşlı övladıda məhz qaydalara uyğun şəkildə daşınıb.
Hadisə bir neçə gün bundan qabaq İsmayıllı-Şəki avtomobil yolunda baş verib.
Görüntüləri izləyən Baş Dövlət Yol Polis idarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, hər bir halda sürücünün istifadə etdiyi həmin vasitəyə və sertifikata yenidən baxış keçirilməlidir. Əgər o vasitə təhlükəsizlik tələblərinə cavab verirsə və uyğunluq sertifikatı varsa bu zaman həmin protokol ləğv edilə, onu tərtib edən polis əməkdaşıda intizam məsuliyyətinə cəlb edilə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR