Nə "Real", nə "Bavariya"... -

"Winline" bukmeker kontoru Çempionlar Liqası üçün yeni əmsallarını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, turnirin əsas favoriti qismində "Barselona" göstərilib. Katalanların çempionluğuna 3.50 əmsal verilib. "Bavariya"nın əmsalı isə birdən-birə 3,85-dən 4,33-ə qalxıb.

1/4 finalda "Bavariya"ya rəqib olması "Real"ın şanslarına da təsirsiz ötüşməyib. Hazırda Madrid təmsilçisinin çempionluğu 6.50 əmsalında dəyərləndirilir.

"Lester" isə turnirin autsayderidir. Premyer liqanın qalibinin Avropanın ən mötəbər turnirində çempion olmasına 29.00 əmsal verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR