"Mənə günəş verin, İngiltərəyə gedim"

"Mənə günəş verin, İngiltərəyə gedim"
20:37 23 Mart 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

"Roma"nın yarımmüdafiəçisi Raca Naynqqolan İngiltərə çempionatına simpatiyasını ifadə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı havbek bunları deyib:

"Mənə günəş verin, İngiltərəyə gedim. İndi "Roma"da xoşbəxtəm. Bu hissdən niyə imtina edim ki. Premyer Liqanın çox oyunlarını izləyirəm. Milli komanda yoldaşlarımın bəzisi burda oynayır. Ora dünyanın ən yaxşı çempionatıdır. Həyatda vacib qərar qəbul etməli olduğumuz vaxtlar olur. Mövsüm mənim üçün yaxşı keçir. Yay transfer pəncərəsi açılanda transfer məsələsinə qayıdaram. Konte, həqiqətən, məni "Chelsea"də görmək istəyirdi. Onunla söhbətimiz olmuşdu. Deyəcəyim bu qədərdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR