"Super Liqadan təklif almışam" - Burak Yılmaz

"Super Liqadan təklif almışam" -   Burak Yılmaz
20:47 23 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

"Super Liqa klublarından birindən təklif almışam. Amma adını açıqlamaq istəmirəm. Menecerlərim də açıqlamayacaq". Fanat.Az xəbər verir ki, bu sözləri Çinin "Pekin Quoan" klubunda çıxış edən Burak Yılmaz deyib.


"Qalatasaray"ın sabiq üzvü hazırda Türkiyəyə dönmək niyyətində olmadığını bildirib: "Hazırda geri dönməyi düşünmürəm. Transfer dönəmlərində nə olacağını bilmək olmaz, amma Çində xoşbəxtəm".


Şenol Günəşlə yeməyə getdiyini, amma bunun transfer görüşü olmadığını bildirən Burak "Şenol hocamla hər zaman görüşürəm. "Qalatasaray" və "Trabzonspor" rəsmiləri ilə də görüşürəm. Şenol Günəşin üzərimdə əməyi böyükdü. Onunla dost kimi görüşürük" deyib.


Futbolçu "Trabzonspor"a dönəcəyi ilə bağlı iddialara da münasibət bildirib: "Trabzonspor"la səmimi münasibətlərimiz var. Transfer, təklif, təklifi qəbul etmək və ya etməmək kimi bir vəziyyət yoxdu. Bundan əvvəl də indi Türkiyəyə dönməyi düşünmədiyimi bildirmişdim".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsuper-liqadan-tklif-almamquot-t57085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR