Bakıda 10 dollara necə istirahət etmək olar? -

Amerikalı blogger Dru Binski paytaxt Bakıya səfər edib.

Metbuat.az-ın məlumatına görə, Binski səfər etdiyi ölkələrdə 10 dollara istirahət etməyin yollarını göstərən videolar çəkir. Azərbaycan bloggerin səyahət etdiyi 100-cü ölkə olub.

Ölkəmizin təbiəti, mədəniyyəti, tarixi, ənənələri və memarlığına görə ön plana çıxdığını qeyd edən Binski turistləri Azərbaycana dəvət edib.

Amerikalı səyahətçi Bakıda 10 dolları çay süfrəsi, dönər, qəlyan və "Uber" taksi xidmətinə xərcləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR