Sabiq deputatın qatili xəstəxanada öldü

Sabiq deputatın qatili xəstəxanada öldü
21:03 23 Mart 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkovun qatili ölüb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda baş həkim Nikolay Demin bildirib.

Demin “NewsOne” telekanalının efirində deyib ki, həkimlərin hesablamalarına görə, qatilə dörd güllə dəyib. Daha əvvəl bildirilirdi ki, güllələnən qatil son dərəcə ağır vəziyyətdədir.

Müstəntiqlər onun şəxsiyyətini müəyən ediblər. O, Ukrayna vətəndaşıdır.

Qeyd edək ki, Rusiya Dumasının sabiq deputatı bu gün Kiyevdəki otellərdən birində qətlə yetirilib. Voronenkov 2016-cı ildə cinayət təqibinə görə Ukraynaya qaçıb. O, Kommunist Partiyasından Dumaya deputat seçilmişdi. Rusiya onu beynəlxalq axtarışa vermişdi.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR