Həsən Ruhaninin Vladimir Putinlə görüşəcəyi tarix məlum oldu

İran prezidenti Həsən Ruhani 27-28 mart tarixlərində Rusiyaya rəsmi səfər edəcək.

Metbuat.az bildirir ki, Kremlin mətbuat xidməti məlumatı təsdiqləyib. İran prezidentinin rusiyalı həmkarı ilə görüşəcəyi tarix də dəqiqləşib. Belə ki, Həsən Ruhani və Vladimir Putin 28 martda bir araya gələcəklər.

Danışıqların yekunu üzrə ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR