Bu qidaları qətiyyən soyuducuda saxlamaq olmaz

Bu qidaları qətiyyən soyuducuda saxlamaq olmaz
21:42 23 Mart 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Mülayim və isti havalarda bir çox qadınlar əksər qida məhsullarını soyuducuya yığırlar. Bu üsul uzun müddət saxlanılması gərək olan qidaların xarab olmaması baxımından çox faydalıdır. Belə ki, aşağı tempraturda bir çox qida məhsulları öz keyfiyyətini itirib xarab olmur. Amma,bəzi qida məhsulları vardır ki,onları soyuducuda saxlamaq olmaz. Bu qidaların hansı olduğunu bilirsinizmi?

Çörək

Milli.Az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər çörəyin 0-2* tempraturda çörəyin öz təzəliyini itirdiyini sübut etmişlər. Belə ki, araşdırmalar soyuducuda saxlanılan çörəyin otaq tempraturunda saxlanılan çörəkdən daha tez xarab olduğunu söyləyirlər.Mütəxəssislər çörəyil polietilen torbada soyuducunun dondurma gözündə 4 - 6 ay saxlamaq olduğunu qeyd edirlər,amma, soyuducunun alt dözündə çörəyi saxlamaq qətiyyən olmaz. Çünki,aşağı tempraturda çörək öz təravətini itirir.

Tropik meyvələr

Tropik meyvələr aşağı tempratura öyrəşmədikləri üçün onları soyuducuda saxlamaq qətiyyən olmaz. Çünki, tropik meyvələr soyuducunun zəhərli qazlarına qarşı həssas olur və öz təravətlərini tez itirirlər. Banan, kivi, naringi otaq tempraturunda soyuducunakından daha təravətli qalır. Soyuducunun nəm havası tropik meyvələrin qabığına ləkə salır və vaxtından əvvəl çürüməsinə səbəb olur. Mütəxəssislər bu səbəbdən də tropik meyvələri saxlayarkən onun qabığına su dəyməsinin qarşısını almağı tövsiyə edirlər.

Sulu meyvələr

Mütəxəssislər şirəli meyvələrin soyuducuda saxlanılmasının əleyhinədirlər. Onların araşdırmaları bu meyvələrin soyuducunun etilen qazını canlarına çəkə bilmək qabiliyyəti olduğunu sübut etmişlər.

Təzə tərəvəzlər

Mütəxəssislər təzə tərəvəzlərin soyducuda saxlanlmağını məsləhət bilmirlər. Belə ki, yerkökü,çuğundur,kartof,turp kimi tərkibində nişasta olan tərəvəzlərin soyuducua saxlanılmsı məqsədəuyğun sayılmır. Çünki, bu tərəvəzlər özlərinə nəmi asanlıqla çəkir və tez bir zamanda çürüyürlər.

Soğan və sarımsaq

Bu tərəvəzlər aşağı tempratura dözməyən tərəvəzlərdir. Onlar nə donmaya, nə də çox nəm və soyuq havaya davam gətirə bilirlər. Bu tərəvəzləri iyi soyuducuda olan qidaların üzərinə hopur və onların keyfiyyətini korlayır. Mütəxəssislər soğan və sarımsağı soyuducuda saxlamaqdansa, 18-20* tempraturda saxlamağı məsləhət bilirlər.

Göyərtilər

Mütəxəssislər göyərtilərin çox soyuğa qarşı davamlı olmadığını qeyd edərək onları soyuducuda deyil, sərin yerdə saxlamağı məsləhət bilir.

Zeytun yağı

Zeytun yağı sərin və günəş şüalarından uzaq yerdə saxlanılmalıdır. Onun soyuducuda saxlanılması yağın donmasına və tərkibinin dəyişməsinə səbəb olur.

Şokolad

Soyuducuda saxlanılan şokoladən üst təbəqəsi korlanır. Bu səbəbdən də soyuducudan çıxarılıb yeyildikdə əvvəlki dadı vermir. Bu zaman təzə şokolad kakao tozu və şəkər kristallarının qarışımından hazlğırlanmış qarışım dadı verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR