Papa Fransisk London terroru ilə bağlı başsağlığı mesajı yayımladı

Katoliklərin dini lideri Papa Fransisk Londonda baş verən terror aktı ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Metbuat.az-ın məlumatına görə, Vatikan dövlət katibi Pietro Parolinin imzası ilə yayımlanan mesajda Papanın insident nəticəsində dünyasını dəyişənlər və yaralananların olması səbəbindən kədər hissi keçirdiyi vurğulanıb.

Papa Fransisk hadisədə həyatını itirənlərə Tanrıdan rəhmət, yaxınlarına isə səbr diləyib.

Xatırladaq ki, Londonda parlament binası önündə baş verən terror aktı nəticəsində 5 nəfər ölüb, yaralıların sayı isə 29-dur. Şəhər polis hadisəni Xalid Məsud adlı birinin törətdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR