Teatr, yoxsa “neft inqilabı”: Lukaşenkonun ARZULARI VƏ REALLIQLAR

Teatr, yoxsa “neft inqilabı”: Lukaşenkonun ARZULARI VƏ REALLIQLAR
22:03 23 Mart 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Belarus neft və qaz üçün “qardaşlara yalvarmaq” istəmir. Buna görə də prezident Aleksandr Lukaşenko yeni enerji mənbələrinin ixtirasının ehtiyacı haqqında bildirib.

Rusiya-Belarus neft-qaz mübahisəsi artıq ona gətirib çıxarıb ki, Belarus Venesuela, Kanada və İrandan neft almağa hazırlaşır. Ekspertlər isə hesab edirlər ki, Belarus prezidentinin bəyanatları əsassızdır və reallıqda heç nəyə söykənmir.

Aleksandr Lukaşenko bildirib ki, yerli alimlər yeni enerji mənbəyini ixtira etməlidir. Dövlət başçısının sözlərinə görə, “qardaşları qarşısında diz üstə sürünərək neft və qaz üçün onlara yalvarmamaq üçün” buna ehtiyac var. Yeni enerji mənbəyi haqqında Belarus prezidentinin fikirləri son vaxtlar müşahidə olunan Rusiya-Belarus energetika münaqişəsi fonunda diqqət çəkir.

Minsk 2016-cı ilin əvvəlində Rusiya qazının qiymətini birtərəfli qaydada təkrar gözdən keçirib. 132 dolları “ədalətsiz qiymət” adlandıran Belarus “Qazprom”a min kubmetr qaz üçün 73 dollar ödəməyə başlayıb. Belarus tərəfi 73 dolları "ədalətli qiymət" adlandırıb. Minsk öz qərarını belə əsaslandırır ki, Avrasiya İqtisadi İttifaqı üzrə əməkdaşlıq çərçivəsində Belarus üçün qiymət Rusiya bazarının daxili qiymətinə bərabərləşdirilməlidir. Rusiya tərəfi isə bildirir ki, Avrasiya İqtisadi İttifaqı ölkələri üçün vahid qiymət müzakirə edilir, amma son qərarın necə olacağı hələ müəyyən edilməyib.

Martın əvvəlində Rusiyanın baş naziri Dmitri Medvedev bildirdi ki, “bəzi ölkələr” (onlardan biri də Belarus idi –red.) ittifaqa daxil olmasaydı, Rusiya qazını Avropa qiymətinə - 200 dollara alardılar.

Buna cavab olaraq Lukaşenko bildirdi ki, əgər Belarus qazın pulunu Avropa qiymətləri üzrə ödəyərsə, Medvedev buna görə ödəməli olacaq. Belarus lideri nəyi nəzərdə tuturdu? Lukaşenko bunu dəqiqləşdirməyib.

“Məni ən çox dostum Medvedevin bəyanatları təəccübləndirir. Bizi, artıq qorxutmağa başlayırlar ki, təbii qazı Avropa qiymətləri ilə - 200 dollara alacaqsınız. Mən detalları düşünmək istəmirəm, ancaq Medvedev anlamalıdır ki, əgər biz qazın qiymətini Avropa qiymətləri ilə ödəyəcəyiksə, onda ona görə cavab verməli olacaqlar. Yəqin ki, rusların böyük əksəriyyəti düşünür və başa düşür ki, Rusiya ilə münasibətlərimiz mühasibatlıq deyil. Mühasibatlıq münasibətlərimizin əsasını təşkil etməməlidir”, - Belarus lideri vurğulayıb.

Lukaşenko neft-qaz münasibətlərinin nizama salınmasında Belarusun nə istədiyini aydın şəkildə göstərib:

“Çox qısa və aydın şəkildə bizim nə istədiyimizi deyəcəyəm. Biz aşağı qiymətlə qaz istəmirik. Bizə lazımdır ki, qardaş Rusiya rəhbərliyi öz öhdəliklərini yerinə yetirsin. Əgər biz ittifaq qururuqsa, vahid dövlət qurmaq üçün əlimizi qaldırmışıqsa, onda bizim müəssisələrimizdə və biznesdə bərabər şərtlər olmalıdır. Biz çox şey istəmirik. Əgər ağıllılardan kimsə düşünürsə ki, bizi daim əymək və diz çökdürmək olar, bu olmayacaq”.

Fevralın sonuna olan məlumata görə, Belarusun qaza görə borcu 600 milyon dollar təşkil edib. Amma Minsk hələ ötən ilin oktyabrında borcu tamamilə ödəyəcəyinə söz verib. Həmin vaxt borcun məbləği iki daha az idi. Lakin Belarus borcu ödəməyə başlamayıb. Bundan sonra Rusiya respublikaya çatdırdığı neftin həcmini 4,5 milyon tondan 4 milyon tona qədər azaltdı.

Lukaşenko dərhal hökumətdən tələb etdi ki, Rusiya neftinə alternativ tapsın. Mümkün variantlar arasında Venesuela, Kanada və İran göstərilir. Bundan başqa, prezidentin sözlərinə görə, Belarus şirkətləri bu ölkələrdə neft çıxarmağa hazırdır. Bu ölkələrdən neft idxalı ilə Belarusa daha baha başa gələ bilər.

Lukaşenko indi isə yeni enerji mənbələrinin axtarışı üzrə tapşırıq verib. “Skolkovo” biznes məktəbinin energetika mərkəzinin eksperti Anastasiya Qolomolzinin sözlərinə görə, enerji çatışmazlığı probleminin həllinin ən sürətli üsulu artıq istifadəyə hazır layihələrin tətbiqidir. Ekspert qeyd edir ki, Belarus energetikasının inkişafının ehtimal edilən istiqamətləri bioloji yanacağın tətbiqi, günəş stansiyaları və enerjiyə qənaət edən texnologiyaların kütləvi tətbiqi ola bilər.

Energetika İnkişafı Fondunun başçısı Sergey Pikin isə qeyd edir ki, 2400 mvt gücündə Belarus Atom Elektrik Stansiyasının tikintisi Belarus üçün tək işçi variantdır. Stansiyanın 2019-cu ildə işə salınması planlaşdırılıb.

Amma burada nəzərə almaq lazımdır ki, tikintidə Rusiyanın “Atomstroyeksport” şirkəti iştirak edir. Bundan başqa, layihəyə Litva (Atom Elektrik Stansiyası Vilnüsdən 50 kilomet uzaqlıqda tikilir) qarşı çıxır. Və atomu yeni enerji mənbəyi adlandırmaq çətindir.

“Külək mühərrikləri və günəş batareyalarından istifadə edən Polşa təcrübəsindan yararlanmaq olardı. Amma bunlar çox bahalıdır. Çətin ki, Belarus bununla razılaşacaq”, - Energetika İnkişafı Fondunun başçısı deyib.

Pikinin fikrincə, Lukaşenkonun bəyanatları reallığa söykənmir. Onun sözlərinə görə, bəyanatlar təbliğat xarakteri daşıyır, həm daxili, həm də xarici tamaşaçıya ünvanlanıb.

2035-ci ilə qədər dünya energetikasının inkişaf proqnozuna əsasən, yaxın 20 ildə ən böyük dinamika bərpaolunan enerji mənbələrinin istehlakında özünü göstərəcək. Amma neft, qaz və kömür əvvəlki kimi əsas enerji mənbələri olaraq qalacaq. Bundan başqa, qaza olan tələbat digər iki enerjidaşıyıcısı ilə müqayisədə daha sürətlə artacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR