Ermənistanda növbəti aksiyası keçirilib

Ermənistanda növbəti aksiyası keçirilib
22:18 23 Mart 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Ermənistan paytaxtında növbəti mitinq keçirilib.

Publika.az xəbər verir ki, Musavat.com-un erməni mediasına istinadən yaydığı xəbərə görə, Azadlıq meydanında keçirilən aksiya 22 martda Şaumyanski məzarlığında dəfn edilən “çörəkdaşıyan” Artur Sərkisyanın xatirəsinə həsr olunub. Hakimiyyət 16 martda müəmmalı şəkildə ölən “Sosna Tser” qruplaşmasının ərzaq təminatçısına həsr olunmuş aksiyanın tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün Şagen Arutyunyanın rəhbərlik etdiyi etirazçılar növbəti dəfə meydana çıxıb.

Aksiya əleyhinə çıxış edənlərə etiraz edən fəal bildirib ki, hüququnu dərk edən insanlar aksiyaya qatılmır, amma eyni zamanda feysbukda mübarizənin dayandırılmasını tələb edirlər. “Bəhanə axtarmağa çalışmayın, əgər siz bura gəlmirsiniz, sadəcə deyin ki, mübarizə aparmaq istəmirik. Özləri gəlmirlər, ancaq bizi tənqid edirlər, bu, biabırçılıqdır”-Arutyunyan onları “monoton mübarizə”də günahlandıranlara xitabən deyib.

Aksiya iştirakçıları Sərksiyanın fotosunun qarşısına gül dəstələri və çörəklər düzüb, onun ölümünə bais olanların cəzalandırılmasını tələb edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR