Kökəlmək istəmirsinizsə -

İdmanla məşğul olsaq da, sağlam bəslənsək də, gündəlik həyatda etdiyimiz bəzi yanlışlıqlar kökəlməyimizə səbəb olur.

Metbuat.az-ın məlumatına görə, siyahının başında yuxu problemləri gəlir:

Kifayət qədər yatmamaq

Orqanların funksiyalarını düzgün yerinə yetirmələri üçün lazımı qədər yatmalıyıq. Kifayət qədər yatmamaq və yuxunun tez-tez bölünməsi maddələr mübadiləsini ləngidir. Nəticədə isə çəkimiz artır.

Şam yeməyindən dərhal sonra yatmaq

Axşam yemək yedikdən sonra yatmaq böyük yanlışlıqdır. Belə olan halda, həzm prosesi çətinləşir və qəbzlik yaranır. Çəki artımının qarşısını almaq üçün daha yüngül qidalara üstünlük verin və yuxu saatından ən az 3 saat öncə yemək yeməyə çalışın.

Telefonlarınızı yataq otağından uzaqlaşdırın

Yatmamışdan əvvəl telefonla oynamaqdan imtina edin. Telefonların və kompyuterlərin şuaları yuxuya getməyinizə mane olur. Odur ki, yatmamışdan ən az 1 saat öncə mobil telefonunuzu və ya kompyuterinizi söndürün.

Yemək yeyərkən televizora baxmaq

Yemək yeyərkən televizor qarşısında oturmaq çəki artımının əsas səbəblərindən biridir. Çünki belə olan halda, fərqində olmadan normadan artıq qidalana bilərsiniz. Bu səbəbdən mütəxəssislər yemək yeyərkən televizor önündə oturmağı məsləhət görmürlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR