Bakının Sabunçu rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki,Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Qavryuşin tutulub.
O, martın 2-də və 3-də rayon ərazisindəki qarajlardan birindən 2 ədəd velosiped, həmçinin paytaxt sakini Gülarə Hüseynovanın mobil telefonunu və İntiqam Əsgərovun noutbukunu oğurlamaqda şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində