Hz.Fatimə neçə il yaşayıb?

Hz.Fatimə neçə il yaşayıb?
22:47 23 Mart 2017
331 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Fatimənin (ə) neçə il yaşaması barədə fikirlər fərqlidir. Bunun səbəbi o həzrətin doğum tarixindəki fərqlilikdir. Əhli-sünnə alimlərinin əksəriyyəti Həzrət Fatimənin (ə) besətdən - yəni Həzrət Mühəmmədə (s) peyğəmbərlik verilməsindən 5 il əvvəl doğulduğunu yazır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, peyğəmbərlik müddətinin 23 il olduğunu və Fatimənin (ə) atasından az sonra dünyasını dəyişdiyini nəzərə alsaq, 28 il yaşadığı məlum olur. Həm sünni, həm də şiə alimlərinin bəziləri Fatimənin (ə) besətdən 1 ya 2 il sonra doğulduğunu yazmışlar, bu hesabla o həzrət 21 ya 22 il ömür sürmüşdür. Əksər şiə mənbələri Həzrət Fatimənin (ə) besətdən 5 il sonra doğulduğunu və vəfat edərkən təxminən 18 yaşında olduğunu yazır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR