“Avropa aprelin 16-dan sonra çoxlu sürprizlərlə qarşılaşa bilər”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk və Kanal D telekanalların ortaq birbaşa efirində deyib.
Prezident bildirib ki, hazırda gündəmində Almaniyaya getmək kimi planı yoxdur.
“Hazırda Almaniyaya getmək gündəmimdə yoxdur. Gündəm aprelin 16-dan sonra müəyyən ediləcək. Avropa aprelın 16-dan sonra çox sürprizlərlə qarşılaşa bilər”,- o bildirib.
Ömər