"Saarländischer Rundfunk" radiosunda qonaq olan Almaniya kansleri Angela Merkel siyasi arenada baş verən son hadisələrlə bağlı sualları cavablandırıb.
Metbuat.az-ın məlumatına görə, Türkiyə ilə münasibətlərə də toxunan Merkel böhranlı vəziyyətin ən qısa müddətdə bitməsinin tərəfdarı olduğunu deyib. Həmişə dialoq axtarışında olduğunu bildirən kansler əlavə edib:
"Türkiyə ilə münasibətlərdə gərginlik istəmirik. Problemləri danışıqlar vasitəsilə aradan qaldırmaq mümkündür. Ancaq bəzən bunun üçün müəyyən qədər gözləmək lazım gəlir".