Mosulda dinc əhali bombalandı

Mosulda dinc əhali bombalandı
22:59 23 Mart 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

İraq hərbçiləri Mosulun İŞİD-dən  azad olunmuş qərb hissəsinin bombalanması nəticəsində uçmuş binaların dağıntıları altından 80-dən çox dinc sakinin meyiti çıxarıblar.

  

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” İraq ordusunun nümayəndəsi Məhəmməd Abdullaha istinadən məlumat verir.           

 

Məlumata görə, cəsədlər Mosulun Bab Lekeş və Bab Cədid rayonlarında binaların dağıntıları altından çıxarılıb.     

 

Ölənlər arasında xeyli sayda qadın və uşaqların olduğu bildirilir. Məhəmməd Abdullah bəzi cəsədlərin 20 gündən çox dağıntılar altında qaldığından tanınmaz hala düşdüyünü qeyd edib.   

 

Aşkarlanmış cəsədlər ümumi məzarlıqda dəfn edilib. Axtarış tədbirləri davam etdirilir.  

 

İraq Hərbi-Hava Qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası Mosulda  İŞİD-ə qarşı əməliyyat aparan İraq ordusuna havadan dəstək göstərir.    

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR