Növbəti miqrant faciəsi: 250 nəfər batdı

Növbəti miqrant faciəsi: 250 nəfər batdı
23:08 23 Mart 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

Aralıq dənizində, Liviya sahilləri yaxınlığında içində 250 miqrantın olduğu gəmi batıb.

"France Presse" agentliyi xəbər verir ki, miqrantların həlak olduğu ehtimal edilir.

Xəbərdə bildirilir ki, xilasedicilər Liviya sahillərindən 24 kilometr məsafədə batmış rezin qayıqları aşkar ediblər. Hələlik sudan 5 cəsəd çıxarılıb.

"ЕС Frontex" agentliyinin məlumatına görə, 2016-cı ildə İtaliyaya mərkəzi-Aralıq dənizi marşrutu ilə 180 mindən çox adam gəlib. Onlar əsasən Afrika vətəndaşları – nigeriyalılar, habelə Eritreya, Qvineya, Qambiya, Kot-d İvuar sakinləridir.

Ötən il həlak olan və xəsarət alan miqrantların sayı 5 mindən çoxdur /Report/.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR