Hicabın açıla biləcəyi yerlər

Hicabın açıla biləcəyi yerlər
23:12 23 Mart 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu haqda Quranı Kərimdə belə buyurulur:

"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (Nur surəsi 24/34;  həmçinin baxın Əhzab surəsi, 33/55)
Zinət yerlərindən məqsəd, adı üstündə qadınların zinət əşyaları taxdıqları boyun, qulaq, saç, dirsəyə qədər qolları və ayaqların dizdən aşağı olan hissəsidir. Hicablı qadının naməhrəm kişilərin yanında olduqda açıq qala biləcək yerləri: əl, üz və topuqdan aşağı ayaqlardır.
Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, qadının örtüsüz olaraq yanlarına çıxa biləcəyi kimsələr aşağıdakılardır.
a) Əri: Qadın, ərinin yanında istədiyi kimi geyinə bilər. Həyat yoldaşları arasında örtünmədə məhdudiyyət yoxdur. Qadın ərinə gözəl görünmək üçün bəzənib-düzənə, ətir sürə bilər.
b) Ata
c) Qayınata, qayınatanın atası da daxildir.
d) Öz oğlu. Oğlunun nəvələri də buna daxildir..
e) Ərinin digər xanımdan olan oğlu.
f) Öz qardaşı.
g) Qardaşı oğlu və qardaşı oğlunun nəvələri.
h) Bacısı oğlu və bacısı nəvələri.
i) Müsəlman qadın. Mömin bir qadın digər mömin xanımların yanında diz qapağı ilə göbək arası qapalı olaraq görünə bilər. Ancaq fitnəyə səbəb olacaqsa ancaq zinət yerlərini göstərər.
j) Kölə və kəniz
k) Yaşlılıq, xəstəlikdən kimi səbəblərdən kişilik duyğuları qalmamış xidmətçilər: sürücü, bağban, aşpaz və s.
l) qadınların məhrəm yerlərini hələ anlamayan uşaq. Qadınların yanında olduqlarında onların geyim, hərəkət, danışıqlarından təsirlənməyəcək uşaqlar məhrəm sayılır. Ancaq yeniyetməlik dövrünə yaxınlaşmış uşaqlar naməhrəm sayılır.

Evlənilməsi mütləq olaraq haram olan xanımlar
"Atalarınızın xanımları...Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nisa, 4/22-23)
Hicablı qadınlar bu ayəyə əsasən baba, əmi, dayı, süd atası, süd qardaşı kimi mütləq evlənilməsi haram olan şəxslərin yanına da zinət yerləri açıq şəkildə çıxa bilərlər. Ancaq fitnəyə səbəb olacaqsa hicablı olması gərəkir.
Bir qadına həyat yoldaşının qardaşı, yəni qaynı, kürəkəni, baldızının həyat yoldaşı, dayı, xala, bibi və əmi oğlu naməhrəmdir. Onların yanında hicabsız dolaşa bilməz. Təkbaşına onlardan biri ilə eyni evdə qala bilməz. Allah Rəsulu (s.ə.s) belə buyurur: "Qadınların yanına girmədən uzaq olun." "Ey Allahın Rəsulu! Həyat yoldaşının qardaşı, qayın üçün nə buyrursunuz?"˗ deyə soruşuldu. "Qayın ölümdür."˗ deyə  Allah Rəsulu (s.ə.s) cavab verdi. (Tirmizi, Rada, 16; Əhməd ibn Hənbəl, IV, 149, 153.)
Nəticə etibarı ilə deyə bilərik ki, yuxarıda qeyd etdiklərimiz dinimizin cizgiləridir. Hicablı qadın naməhrəm şəxslərin yanında hal və hərəkətlərinə, danışıq və geyiminə diqqət etməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR