Tereza Mey teraktda yaralananlara baş çəkdi - FOTO

Tereza Mey teraktda yaralananlara baş çəkdi - FOTO
23:12 23 Mart 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın baş naziri Tereza Mey Londondakı terror aktında xəsarət alanları ziyarət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş nazir xəsarət alanlar yerləşdirildiyi xəstəxanaya gəlib. O, xəsarət alanlarla, həkimlərlə və tibb personalı ilə görüşüb.

Baş nazirin nümayəndəsi sözlərinə görə, Mey xəstəxanada 40 dəqiqə vaxt keçirib.

Qeyd edək ki, ötən gün Böyük Britaniyanın parlament binası yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 40 nəfər isə yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR