London teraktı: müsəlman qadını hədəfə aldı, rüsvay edildi - FOTO

London teraktı: müsəlman qadını hədəfə aldı, rüsvay edildi - FOTO
23:17 23 Mart 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

"Müsəlman qadın terror aktında həlak olmuş insanın yanından keçir, telefonuna baxır. Rədd olsun İslam!"

"Texas Lone Star" nikli amerikalının Twitter-də paylaşdığı foto və yazdığı tvit böyük müzakirələr səbəb olub.

Milli.Az bildirir ki, fotoda Londonun Vetsminster səmtindəki teraktdan az sonra həmin yerdən keçən hicablı xanım əks olunub. Müsəlman qadın mobil telefonuna baxır və onun simasında qorxu, təşviş var.

Amerikalının tvitindən sonra isə İslama və müsəlmanlara qarşı yazılmış bu "açıqlama" sərt tənqid olunub.

Britaniyalılar qalmaqallı paylaşımın müəllifini troll, mənəviyyatsız və əxlaqsız insan, təxribatçı adlandırıblar.

"Sən gerizəkalı, axmaq insansan. O qadının nə üçün telefona baxdığını nə bilirsən?!" - Viki Forester yazıb.

Digər istifadəçilər isə fotodakı qadının çox yəqin mobil telefon vasitəsilə yaxınlarına "sağam, yaralanmamışam" mesajı verdiyini güman ediblər.

Britaniya parlamentinin binasının yaxınlığında, Vestminster körpüsündəki terakta 4 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR