Londondakı faciənin baiskarı: 3 uşaq atası, müəllim... - FOTO

Londondakı faciənin baiskarı: 3 uşaq atası, müəllim... - FOTO
23:32 23 Mart 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanın paytaxtı Londonda, ölkə parlamentinin binasının qarşısındakı Vestminster körpüsündəki teraktın hazırlanmasında şübhəli bilinən 8 nəfər dindirilir.

Milli.Az Reuters-ə istinadən bildirir ki, hazırda Britaniya polisi Uels, Birmingem və Londonun şərqində operativ əməliyyatlar keçirir. Prosesə yüzlərlə detektiv cəlb olunub.

Londonun mərkəzindəki hücumda 4 nəfər həlak olub, 29 nəfər yaralanıb.

52 yaşlı Xalid Məsud avtomobili ilə Vestminster körpüsündə insanları əzib, parlament binasınadək gedib. Orada maşını polis əməkdaşı saxlayıb. Məsud polisi bıçaqlayıb və digər polis zabiti tərəfindən güllələnib.

İŞİD teror aktına görə məsuliyyəti üzərinə götürüb.

1964-cü ildə doğulmuş 62 yaşlı Xalid Məsud Kent qraflığında yaşayırdı. 3 övlad atası olan bu şəxs ingilis dili müəllifi idi. Əvvəllər o bir neçə cinayətdə, o cümlədən qanunsuz odlu silah saxlamaqda suçlu bilinib.

Məsudun teraktda istifadə etdiyi Hyundai Tucson avtomobili  Birmingemdəki "Enterprise Holdings" şirkətində icarəyə götürülmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR