Medvedev Sarkisyana “atdı”

Medvedev Sarkisyana “atdı”
23:33 23 Mart 2017
311 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın baş naziri Dmitri Medvedev Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən bilərəkdən boyun qaçırdığı ortaya çıxıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, baş nazir orta və kiçik biznes nümayəndələri ilə görüşdə iştirakçılardan birinin “həmişə ayaqüstə, Dmitri Anatolyeviç” sözlərinə “Mən ki xəstə deyildim” deyərək cavab verib.

Xatırladaq ki, Prezident Vladimir Putin 14 martda hökumətin toplantısında Medvedyevin qripə yoluxduğunu və ona görə iclasda iştirak edə bilmədiyini demişdi. “Dmitri Anatoli qripdir, buna görə də hələlik özünü qorumalıdır”, - Putin bildirmişdi.

Həmin gün isə Medvedevin Moskvada səfərdə olan Serj Sarkisyanla görüşü planlaşdırılırdı.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR