8 əşyanı uzun müddət evinizdə saxlamayın

8 əşyanı uzun müddət evinizdə saxlamayın
23:42 23 Mart 2017
674 Ölkə
Ölkə mətbuatı
A- A+

8 əşyanı uzun müddət evinizdə saxlamayın, çox zərərlidirlər. Diqqətli olun!
1. Plastik qida qabları
Plastik qida qablarından hər bir evdə vardır. Onların çəkisi az və yuyulması asan olduğuna görə demək olar ki, hər bir evdə ondan itifadə edilir. Plastik qablarda bir çox qida məhsullarının saxlanılması artıq bir vərdiş halını alıb. Bəzən isə insanlar uzun yola çıxarkən yeyəcək qidalarını plastik qablarda yığırlar, bəzən isə soyuducuda saxlanılacaq qida məhsullarını bəzi qadınlar plastik qablara yığırlar.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, mütəxəssislər bunun zərərli olduğunu qeyd edirlər.Çünki, uzun müddət istifadə edilən plastik qabların üst təbəqəsi korlananır və patogen mikroorqanizmlər orada asanlıqla kök salıb yaşayırlar.
2. Hava təmizliyici aerozollar
Evlərdə istifadə edilən hava təmizliyicilərdən həm evlərdə, həm də iş yerlərində istifadə edilir. Onlar evə xoş ətir saçaraq evin havasını təzələyirlər. Mütəxəssislər isə hava təmizləyici aerozolların orqnizm üçün təhlükəli olduğunu sübut edib. Aerozollar insanlarda allergik xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
3. Köhnə ayaqqabılar
Köhnə ayaqqabı dedikdə ən çox idman ayaqqabıları və ev daxilində geyinilən ləpiklər nəzərdə tutulur. Çünki,ən çox idman ayaqqabıları öz təzəliyini itirir, nəm çəkir və insanın yerişinə təsir edir. Evdə geyinilən ləpiklər isə tərləyib nəm çəkir və onun daxilində göbələklərin əmələ gəlməsi üçün şərait yaranır. Buna səbəb isə həmin ayaqqabıların sitetik materiallardan hazırlanmasıdır.
4. Şəxsi gigiyena alətləri
Mütəxəssislər diş fırçasının, darağın, hamam moçalkalarının vaxtaşırı dəyişilməsini məsləhət görürlər. Çünki, bir müddət istifadə edildikdən sonra həmin alətlər əsil bakteriya mənbəyinə dönürlər.
5. Antibakterial sabunlar
Bütün antibakterial sabunların tərkibində triklozan vardır. Bu orqanizmi tiksiki mikroorqanizmlərdən, bakteriyalardan qoruyan bir maddədir. Antibakterial sabunlardan istifadə etmək orqanizmin bakteriyalara və mikroblara qarşı olan immunitetini aşağı salır. Buna səbəb isə triklozanın orqanizmin hormonal sisteminə təsir etməsidir.
6. Köhnə ədviyyatlar
Uzun müddət istiot, mixək, sarıkök, zirə, darçın, zəncəfil və bu kimi ədviyyatları saxladıqda onlar öz təravətlərinin itirir və keyfiyyətsiz olurlar. Mütəxəssislər bu səbəblərə görə köhnə ədviyyatları atmağı və onları vaxtaşırı yenisi ilə əvəz etməyi məsləhət bilirlər. Bunu etməmək üçünsə ədviyyatları az miqdar almaq lazımdır.
7. Oyuncaqlar
Köhnə və yumşaq oyuncaqları uzun müddət saxladıqda çirklənir və mikrob yuvasına dönür. Onlarda istifadə etmək azyaşlılar üçün təhlükəli olduğuna görə mütəxəssislər belə əşyaların təkrar istifadəsini məsləhət bilmirlər.
8. Yuyucu vasitələr
Duş jeli, sabun, şampun, qab yuyucu vasitələr və digər kimyəvi vasitələrin gündəlik istifadəsi orqanizmə istər-istəməz təsir edir. Bu cür kimyəvi vasitələr dərinin təbii qoruyucu qabiliyyətini azaldır və orqanizmə mənfi təsir edir. Bu səbəbdən də mütəxəssislər istifadə edilən yuyucu vasitələrin vaxtaşırı dəyişilməsi lazımdır.Uzun müddət eyni kimyəvi maddənin istifadəsi orqanizmə mənfi təsir edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/528446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR