UEFA İspaniyanın "Barselona" klubunu 19 min avro məbləğində cərimələyib.
Milli.Az "Report"a istinadən bildirir ki,buna Kataloniya komandasının Fransa PSJ-si ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəb olub.
Martın 8-də "Nou Kamp"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Barsa"ya qarşı azarkeşlərinin meydana daxil olması və komandanın yolverilməz davranışı (5 sarı vərəqə və s. - "Report") ittihamları irəli sürülüb.
Bundan başqa İtaliya "Napoli"si 38 min avro cərimələnib. İspaniya "Real Madrid"inə evdə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Neapol klubunun azarkeşləri pirotexnika, lazer şüalarından yararlanaraq meydana kənar əşyalar atıblar. Habelə stadionda pilləkənlər tutulub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində