Belçikada terror cəhdinin qarşısı son anda alındı

Belçikanın Antverpen şəhərində insanları avtomobili ilə əzməyə çalışan naməlum şəxs polislər tərəfindən saxlanılıb.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, Antverpenə əlavə qüvvə göndərilib. Şəhər polisinin mətbuat katibi Serj Muyters media nümayəndələrinə açıqlamasında bildirib:

"Yüksək sürətlə bazara girməyə çalışan şəxsin idarə etdiyi avtomobilin nömrəsi Fransaya məxsusdur. O, artıq nəzarətə götürülüb".

Belçika dövlət rəsmilərindən birinin sözlərinə görə, hadisənin təşkilində şübhəli bilinən şəxs Şimali Afrika mənşəli Fransa vətəndaşıdır.

Avtomobilin içərisində bıçaq və avtomat aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR