Rəcəb Tayyib Ərdoğan referendum gözləntilərini açıqladı

Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"nin ortaq yayımına qatılıb.

Metbuat.az-ın məlumatına görə, Türkiyə prezidenti 16 apreldə keçiriləcək konstitusiya dəyişiklikləri üzrə referendumla bağlı təxminlərini bölüşüb:

"Referendumda 52 faizdən yuxarı "bəli" cavabı gözləyirəm. "Bəli" 60 faizi keçsə, qələbəmizi taclandıra bilərik.

İnanıram ki, yeni idarəetmə sistemində də parlamentdəki gücümüzü qoruya biləcəyik".

Qeyd edək ki, nəzərdə tutulan dəyişikliklər Türkiyədə prezident idarəçiliyi sisteminin tətbiqini nəzərdə tutur. Bununla yanaşı, təkliflər referendumdan keçərsə, millət vəkillərinin sayı 550-dən 600-a qaldırılacaq, parlamentə üzv seçilmək yaşı isə 18 olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR