Frank Riberi karyerasını "Trabzonspor"da davam etdirə bilər. Fanat.Az xəbər verir ki, fransalı ulduz Türkiyə klubuna təklif edilib.
"Trabzonspor" rəhbərliyi də bu transferə qarşı deyil. 50-ci il üçün iddialı heyət qurmaq istəyən Qara dəniz klubu menecerlərdən futbolçunun tələb etdiyi maaşı soruşub. Məbləğ uyğun olsa, transfer danışıqları başlayacaq.
Qeyd edək ki, Riberi 2005-ci ilin yanvarında "Mets"dən 5 milyon avroya "Qalatasaray"a transfer olunub. Həmin ilin yayında isə Türkiyəni tərk edərək "Marsel"lə keçib. 2007-ci ildə 25 milyon avro qarşılığında "Bavariya"ya transfer olunub. 33 yaşlı futbolçu həmin vaxtdan Almaniya klubunda forma geyinir.
Fanat.Az