Rusiya və Türkiyə arasında müzakirələr keçiriləcək

Rusiya və Türkiyə arasında müzakirələr keçiriləcək
00:29 24 Mart 2017
152 Digər
Ölkə mətbuatı
A- A+

Martın 29-da Moskvada Rusiya və Türkiyə XİN-ləri arasında terror və mütəşəkkil cinayətkarlıqla  mübarizəyə dair məsələ ətrafında  ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçiriləcək.

 

APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.   

 

Danışıqlarda Rusiya tərəfini XİN rəhbərinin müavini Oleq Sıromolotov təmsil edəcək.

 

Qeyd edək ki, danışıqların əvvəlki raundu Ankarada 2016-cı ilin oktyabrında keçirilmişdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR