"Real" - "Barselona":

Daha öncə xəbər verdiyimiz kimi, "Real" və "Barselona" iyulun 29-da Beynəlxalq Çempionlar kuboku çərçivəsində üz-üzə gələcəklər.

Metbuat.az "Miami Herald"a istinadən məlumat verir ki, satışa çıxarılan biletlərdən 46 mini artıq satılıb. 200 dollarlıq biletlər tükənib. Digər biletlərin qiymətləri isə 500-2000 dollar arasında dəyişir.

"Real" - "Barselona" matçına Florida ştatının Mayami şəhərində yerləşən "Hard Rock" stadionu ev sahibliyi ediləcək.

Xatırladaq ki, 1982-ci ildən bəri ilk dəfə "El Klasiko" İspaniya sərhədlərindən kənarda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR