Ermənistanda qəza nəticəsində 6 hərbçi xəsarət alıb

Ermənistanda Müdafiə Nazirliyinə məxsus “Ural” markalı yük maşını “Volkswagen Golf” markalı minik avtomobili ilə toqquşub.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Məlumata görə, qəza zamanı hər iki avtomobil çevrilib, “Volkswagen” isə 70 metr dərinlikdə dərəyə yuvarlanıb.

Xəsarət alanlardan 6-si müqaviləli əsgərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR