"Biz bunu ən ciddi şəkildə pisləyirik"

"Biz bunu ən ciddi şəkildə pisləyirik"
07:27 24 Mart 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Dövlət Departamenti Koreya Xalq Demokratik Respublikasını (KXDR) təxribatdan uzaq durmağa çağırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamenti Şimali Koreyanın növbəti dəfə ballistik raket buraxdığından sonra bəyan edib.

"Bu KXDR tərəfindən daha bir təxribat addımıdır. Əlbəttə, biz bunu ən ciddi şəkildə pisləyirik", - Dövlət Departamentinin rəsmi nümayəndəsinin səlahiyyətlərini icra edən Mark Toner deyib.

Qeyd edək ki, ABŞ çərşənbə günü KXDR tərəfindən uğursuz ballistik raket buraxılışını qeydə alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR