Meksikada iri neft ehtiyatları aşkarlanıb

Meksikada iri neft ehtiyatları aşkarlanıb
08:42 24 Mart 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Eni" şirkəti Meksika sahillərində iri neft ehtiyatları aşkarlayıb. Hökumət ölkənin neft-qaz sektoruna beynəlxalq sərmayələrin qoyuluşuna icazə verdikdən sonra "Eni" burada neft quyusu qazan ilk xarici şirkət olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, konsernin rəhbəri Klaudio Deskaltsi kəşf edilən yatağın çox perspektivli olduğunu bildirib. Onun sözlərinə görə, yataq sahildən 7-8 km aralıda yerləşir: "Biz cəld hərəkət etmək istəyirik... Düşünürəm ki, 2-3 ildən sonra biz hasilata başlaya bilərik".

Kəşf edilmiş yataqda neft ehtiyatlarının həcmi proqnozlaşdırılmış 800 mln. bareldən xeyli çox olduğu bildirilir.
 
Şirkət yataqda daha üç quyu qazmağı planlaşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR