Maşın 75 yaşlı kişini vurub öldürdü - SABUNÇUDA

Maşın 75 yaşlı kişini vurub öldürdü - SABUNÇUDA
10:19 24 Mart 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, martın 23-də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Mitsubishi” markalı, 99 KC 718 dövlət nömrə nişanlı avtomobil yolu keçən 75 yaşlı kişini vuraraq öldürüb.
 
Digər hadisə isə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində qeydə alınıb. "Daewoo" markalı, 90 US 366 dövlət nömrə nişanlı avtomobil yolu keçən 46 yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR