Arıqlamaq istəyənlərin nəzərinə!

Bədəndəki artıq yağlardan xilas olmaq üçün müxtəlif üsullardan istifadə edilir. Bəziləri sağlamlığını heçə sayır, çətin pəhrizlər saxlayır. Ancaq mütəxəssislər zamanla yağları yandırmaq üçün ən sadə və təbii üsulları açıqlayıb.

Metbuat.az məlumat verir ki, bədəndə yığılan yağları yandırmaq üçün ən təbii içki limon və çiya (chia) toxumudur. Bu faydalı içki həmçinin soyuqdəymə zamanı yardımçı olur, orqanizmi təmizləyir və yağ yığılmasının qarşısını alır. İçkini hazırlamaq üçün yarım limon suyu, bir yemək qaşığı çiya toxumu, bir yemək qaşığı bal, bir litr yarım suya ehtiyacınız var. Əvvəlcə, çiya toxumlarını ən azı bir saat suda saxlayın. Bütün məhsulları blenderdən keçirib içərisinə əlavə edin. Qarışımdan hər gün səhər için. Beləcə, maddələr mübadiləsi sürətlənəcək və sağlam şəkildə çəki atmağa başlayacaqsınız. Cəmi 1 həftə ərzində 5 kilo çəki atacaqsnız.

Qeyd edək ki, limon bədən üçün güclü bir təmizləyicidir. Toksinləri bədəndən atmağı təmin edən liflərlə zəngindir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR