Mazut gömrük rüsumundan azad edilir

Mazut gömrük rüsumundan azad edilir
10:38 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

Sabahdan etibarən Azərbaycana elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut 9 ay müddətində gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Publika.az report-a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarına edilən dəyişiklik martın 25-də qüvvəyə minəcək.

Dəyişikliyə əsasən, Azərbaycanın 2017-ci il üzrə yanacaq-enerji balansına uyğun olaraq, Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Qərar 1 yanvar 2018-ci il tarixinədək (9 ay) qüvvədə olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/192324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR