Rusiya Milli Qvardiyasının 6 hərbçisi öldürülüb - ÇEÇENİSTANA

Rusiya Milli Qvardiyasının 6 hərbçisi öldürülüb - ÇEÇENİSTANA
11:04 24 Mart 2017
109 Digər
Ölkə mətbuatı
A- A+

Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum olub.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, haduisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.
 
Səkkiz nəfər silahlı hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.
 
Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının 6 nəfər olduğu açıqlanıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR