İki "VAZ 2107" toqquşdu: 3 yaralı

İki "VAZ 2107" toqquşdu: 3 yaralı
11:32 24 Mart 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 224-cü kilometrliyində, Göyçayın Ərəb kəndi ərazisində qeydə alınıb. İki "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Mingəçevir sakini, 1946-cı il təvəllüdlü Məmmədov Oqtay Qafur oğlu və bacıları, 1953-cü il təvəllüdlü Əhmədova Elmira Qafur qızı, 1955-ci il təvəllüdlü Yusifova Svetlana Qafur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.     

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/528690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR