Qvardioladan 120 milyonluq transfer

Qvardioladan 120 milyonluq transfer
12:07 24 Mart 2017
141 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pe Qvardiola Canluici Donnarummanın transferini istəyir. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi artıq bu keçidin reallaşması üçün hərəkətə keçib.


"Sky Sport Italia"nın xəbərinə görə, İngiltərə klubu italyan qapıçı üçün "Milan"a 120 milyon avro təklif etmək niyyətindədi. Xəbərdə qeyd edilir ki, İtaliya klubu təklifi rədd etsə, "Mançester Siti" məbləği 150 milyon avroya qaldırmaq niyyətindədi.


Qeyd edək ki, Canluici Donnarumma 2003-cü ildə - 14 yaşında "Napoli"dən 250 min avroya "Milan"a keçib. Cari mövsümdə 32 rəsmi oyuna çıxan 18 yaşlı qolkiperə "Transfermarkt" 20 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qvardioladan-120-milyonluq-transfer-t57092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR