Cəbhəyanı ərazilərdə vəziyyət

Cəbhəyanı ərazilərdə vəziyyət
13:22 7 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

Ağdamın işğal olunmuş Baş Qərvənd kəndindən ermənilər rayonun Mirəşelli kəndini atəşə tutublar. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə və minik maşınlarına xeyli sayda güllə dəyib.

Kanal S-in  Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Quliyev Hüseyn Novruz oğluna məxsus "VAZ 2106" markalı maşın düşmənin atəşinə məruz qalıb. Xoşbəxtlikdən, sürücü xəsarət almayıb.

Yaşayış məntəqəsində evlərin damlarına və divarlarına da xeyli sayda avtomat və pulemyot güllələri dəyib. Xatırladaq ki, son bir həftə ərzində erməni hərbçilər Ağdamın Çıraqlı, Orta Qərvənd və Mirəşelli kəndlərini avtomat və pulemyotlardan, eləcə də iriçaplı silahlardan və minaatanlardan atəşə tuturlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR